Sağlam yay şorbası

Sağlam yay şorbası

Faydalı və dadlı tərəvəzlərdən hazırlanan bu gün təqdim etdiyimiz sup 4 nəfər üçün nəzərdə tutulub.

Tərkibi:

  • 1,2 litr tərəvəz bulyonu (əvəzində toyuq və ət bulyonu da edə bilərsiniz, lakin bədəni təmizləmək baxımından tərəvəz bulyonu məsləhətdir)
  • 600 qr təzə kartof
  • 2 ədəd kəvər (ancaq ağ hissəsi)
  • Kiçik dəstə şüyüd
  • 3 ədəd yaşıl soğan
  • Duru yağ, duz, istiot (zövqə görə)
  • Xama

Hazırlanma qaydası:

Kartofu təmizləyib iri hissələrə bölün. Kəvəri yuyub incə doğrayın. Daha sonra bulyonu isinməyə qoyun. Hündür tavaya (belə tavanız yoxdursa, qazan istifadə edə bilərsiniz) yağ və kəvəri əlavə edib vam xodda 5 dəqiqə bişirin. Kartofu da əlavə edib tavanı qapaqla örtərək 5 dəqiqə bişirin. Daha sonra bu qarışığın üzərinə isinmiş bulyonu, duz və istiotu əlavə edib kartof bişənə qədər gözləyin. Supun qatı olmasını istəyirsinizsə kartofu tamamilə əzin.

Şüyüd və yaşıl soğanı incə şəkildə doğrayıb, istiotla birgə hazır olan şorbaya əlavə edin. Süfrəyə xama ilə birlikdə verib üzərinə bir neçə ədəd suxari əlavə edə bilərsiniz.

Arzu Nəcəfova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top