A, C, E, B qrup vitaminlərini hansı qidalardan almaq olar?

A, C, E, B qrup vitaminlərini hansı qidalardan almaq olar?

A vitamini

Skelet sisteminin inkişafı, boy atma, gecə görmə, qalxanabənzər vəzi, qaraciyər, böyrəküstü vəzin funksiyalarının normal yerinə yetirilməsinnə vacib rol oynayır.  Antioksidant olub (zəhərli maddələri bədəndən xaric edir) bədənə daxil olan konserogenlərlə (xərçəng yaradan maddələr) “mübarizə aparır”  və xərçəngin əmələ gəlmə riskini azaldır.

vitamin_A

 A vitamini ilə zəngin qidalar:  dəniz məhsulları, qaraciyər, kərə yağı, yumurta sarısı, balıq yağı, qaymaq, yer kökü, ispanaq

Provitamin A ilə zəngin qidalar: yerkökü, kartof, noxud, soyalılar, lobya, pomidor, cəfəri, rəngli kələm, brokkoli, kahı, manqo, üzüm, balqabaq, qarpız, ərik, şaftalı, alma,dəniz kələmi və s.

Vitamin C

İmmun sistemin güclənməsində mühüm rol oynayır, antioksiantdır, dəri, damar keçiriciliyi, maddələr mübadiləsi, qaraciyər, endokrin sisteminin normal fəaliyyəti üçün çox vacibdir. Dəmirin orqanizmdə sorulmasını yaxşılaşdırır. Siqaret vitamin C-nin sorulmasını zəiflətdiyindən siqaret çəkənlərdə Vitamin C azlığı müşahidə olunur.

VitaminC-letter

C vitamini ilə zəngin qidalar: sitrus bitkiləri (portağal, qreypfurt, limon və s. ) itburnu, alma, üzüm, böyürtkən, ağ kələm, brokkoli, rəngli kələm, kahı, şüyüd, cəfəri, kartof, yerkökü, yaşıl bibər və s.

 

Vitamin E

Bu vitamin də həmçinin antioksidant təsirə malik olub, bədəndən zərərli maddələri xaric edir. Maddələr mübadiləsi, əzələ, böyrəküstü vəzilər, hipofiz, hamiləliyin normal gedişi, spermanın yaranmasında vacib rol oynayır.

Fruit and vegetable alphabet - letter E

Bitki yağlarının tərkibində çoxlu miqdarda var (rafinə olunmamış bitki yağları): günəbaxan, zeytun və digər yağlar, daha sonra yer fındığı, badam, günəbaxan toxumu, avokado, brokkoli, ispanaq, kahı, noxud, lobya və s. Marketlərdə üzərində “rafinə olunmuş” yazılan yağlar bura aid deyil.

B qrup vitaminləri

Bu qrup vitaminlər maddələr mübadiləsi, dəri, dırnaq və saçların sağlamlığında, sinir keçiriciliyi, həzm, ürək-qan damar funksiyasının normal fəaliyyət göstərməsi, immun sistem, aterosklerozun qarşısının alınmasını, beyin funksiyaları, diş və damaqların sağlam olmasını təmin edir.

vitamin-b

B qrup vitaminlərlə zəngin qidalar: təmizlənməmiş dənli bitkilər (buğda, arpa, düyü, qarabaşaq və s.),  onlardan hazırlanan sıyıqlar, süd və süd məhsulları, yumurta, qara üzüm, bütün kələm növləri, yulaf, kəpəkli çörək, balıq və s.

Arzu Nəcəfova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top