Sağlam Ice-Tea resepti

Sağlam Ice-Tea resepti

Yayın bu istisində İce-tea hamımızın sevdiyi içkidir, lakin içindəki zərərli maddələr və şəkər miqdarına görə sağlamlığına dəyər verənlərə içmək məsləhət deyil  :)

Əvəzində siz evdə özünüz çox dadlı və sizi bu isti havalarda təravətləndirəcək soyuq çay hazırlaya bilərsiniz. Necə?

Sizə yaşıl çay (adi), nanə yarpaqları, limon və bal lazım olacaq. Yaşıl çayla nanəni adi qaydada dəmləyin, bir qədər soyuduqdan sonra üzərinə bal və limon əlavə edib soyuducuya qoyun.

Bir neçə saatdan sonra soyuq çayınız hazırdır :)

Arzu Nəcəfova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top