fbpx

Virusa qarşı möhkəm immunitet

Virusa qarşı möhkəm immunitet

Son günlər məlum virus haqqında insanların  bilib-bilmədən danışmaqları, vacib qaydalara riayət etməmələri və insanların yolda gedərkən belə bir-birininin üzünə çox qorxulu bir ifadə ilə baxmaqlarına görə nə çölə çıxmaq istəyirəm, nə də sosial şəbəkələrə girmək.

2020-ci il olmasına baxmayaraq, marketlərdən hələ də çatdırılma olmadığı üçün vacib məhsulları almaq üçün məcbur bir gündən bir market, aptek və meyvə-tərəvəz  mağazalarına gedirəm.

Təbii ki, bütün bu səs-küyə görə, mövzuya mən də laqeyd qala bilmədim. Problemə daha sakit və məsuliyyətli yanaşmanı az da olsa çatdırmağa çalışacam.

Elə ilk olaraq onu deyim ki, virusla mübarizədə əl yumaq qədər vacib olan immun sistemimizi möhkəmlətməkdir. Bloqumda immuniteti təbii şəkildə möhkəmləndirmək üçün bir çox yazı yazmışam.  

Yazıların linklərini yenidən sizinlə paylaşıram. 


Vitamin C ilə zəngin 10 qida
İmmun sistemin dərmanı
Virusları öldürən 5 qida
İtburnu xəstəliklərin düşməni
Sehrli eliksir

Qışda sağlam olmaq üçün məsləhətlər

Arzu Nəcəfova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top