Lifli qidalar bağırsağın dərmanı

Lifli qidalar bağırsağın dərmanı

Bağırsaqların, müvafiq olaraq da bədənin sağlam olması üçün lifli qidaların əhəmiyyəti çox böyükdür. Xüsusilə də qəbizlik, həzm pozğunluğu kimi  problemlər yaşayırsınızsa yediklərinizin tərkibinə diqqət etmək lazımdır, bəlkə də siz lifli qidalardan çox az istifadə edirsiniz.

Lifli qidaların faydası:

  • Yüngül işlədici təsiri olduğundan bir çox bağırsaq xəstəliklərinin qarşısını alır;
  • Bağırsaq florasını normal saxlamaq üçün idealdır;
  • Liflərin fermentasiya prosesi zamanı bağırsağa sorulması qaraciyər və digər orqanları enerji ilə təmin edir;
  • Gündəlik istifadəsi ürək xəstəlikləri, şəkərli diabet, divertikulyoz, öd kisəsi və böyrək daşlarının yaranması, xərçəng (xüsusilə də bağırsaq xərçəngi) qarşısını alır;
  • Uzun müddət toxluq hissi yaratdığı üçün artıq yeməmək və artıq kiloların yaranmasını qarşısı alır;
  • Artıq kilolardan azad edir.

Liflər suda həll olan və olmayan qruplara bölünürlər.  Suda həll olmayan liflər bitki hüceyrlərinin divarından ibarət olub,  orqanizmə faydası odur ki, bağırsaqlara işlədici təsir edərək qəbizliyin qarşısını alır. Suda həll olanlar isə çətin karbohidratlardan ibarət olub, xolesterinin qanda miqdarının aşağı salınmasına və şəkərin qanda miqdarının normada saxlanmasına kömək edir.

Liflər aşağıdakı qidaların tərkibində var:

  • Taxıllar (çörək, sıyıqlar, qəhvəyi düyü);
  • Müxtəlif ləpələr (qoz, fındıq, badam və s.)
  • Meyvə və tərəvəzlər

Liflə zəngin meyvə və tərəvəzlər bunlardır: alma, armud, qara gavalı, lobyalılar, noxud, giləmeyvələr, brokkoli, Brüssel kələmi və rəngli kələm, yerkökü, xurma, portağal.

Bilmək lazımdır:

  • Qida nə qədər bişirilməyə məruz qalırsa tərkibində liflər bir o qədər az olur;
  • İnsan üçün gündəlik norma 25-30 qr-dır;
  • Liflər ən az miqdarda ağ çörək və makaron məhsullarının tərkibində rast gəlinir;
  • Rasionunuzda lifli qidaların miqdarını artırmağa başladıqda mütləq içdiyinizi suyun miqdarını da artırın ki, qəbizlik problemi yaranmasın.

Arzu Nəcəfova

One thought on “Lifli qidalar bağırsağın dərmanı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top